Türkiyədə qəribə hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadla xəbər verir ki, gəlin toyun səhəri günü ərini polisə verərək zorlandığını iddia edib.

Hadisə İstanbulun Arnavutköy qəsəbəsində baş verib. 26 yaşında könülsüz halda ərə verilən qadın toyun səhəri günü avtobusda səs-küy salaraq əri tərəfindən zorlandığını iddia edib.

Aynur Y. adlı qadının dediyinə görə, o, zorla xalası oğlu ilə ailə qurub. Bu səbəbdən də toy günü özünü öldürmək istəyib.