Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.