Yunanıstanın Kiçik Kıta vilayətində əhalini artırmaq üçün adada yerləşəcək ailələrə aylıq pul veriləcək.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın Kiçik Cuha adasında bələdiyyə əhalini artırmaq üçün yeni bir sistem tətbiq etməyə başlayıb. Bələdiyyə  ada ailələrinə aylıq 500 Avroya (təxminən 959 manat) pul ödəyəcək. 51 kvadrat kilometrlik adada yalnız 24 nəfər yaşayır. Adada məhdud sayda mağaza var.