Abşeronda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

Hadisə zamanı ikisi qadın, biri kişi, biri isə uşaq olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.