Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iyulun 31-də müddəti başa çatan iqtisadi sanksiyalarını rəsmən daha 6 ay uzadıb.
Unikal.org Rusiya mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının iyunun 4-də verilən açıqlamasında Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sanksiyaları 2020-ci il 31 yanvar tarixinədək uzatdıqları bildirilir.
Sənəddə bu qərarın 20-21 iyun tarixlərində Aİ sammitində sanksiyaların bağlı olduğu Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparılan müzakirələrdən sonra verildiyi qeyd olunur.
Qeyd edək ki, 2014-cü ildə Avropa İttifaqı Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib.
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
22:50 04-07-2019
DÜNYA
Digər Xəbərlər
2024-04-26 00:59:38
2024-04-26 00:42:42
2024-04-26 00:35:17
2024-04-26 00:05:34
2024-04-25 23:55:34
2024-04-25 23:16:23
2024-04-25 22:59:25
2024-04-25 22:53:50
2024-04-25 22:20:02
2024-04-25 22:00:00
2024-04-25 20:57:07
2024-04-25 20:29:29
2024-04-25 20:00:21
2024-04-25 19:47:15
2024-04-25 19:44:47
2024-04-25 19:22:02
2024-04-25 18:22:17
2024-04-25 17:56:06
2024-04-25 17:38:07