Qazax rayonunun Çaylı kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb.

Unikal.org  xəbər verir ki, bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxilib olub. 

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.