Son 6 ayda Azərbaycandan qaçaq yolla Türkiyənin Bartın bölgəsinə keçmək istəyən vətəndaşlarımızın sayı açıqlanıb.

Unikal.org-un məlumata görə, Bartın Miqrasiya İdarəsi və polis əməkdaşlarının birgə əməliyyatı çərçivəsində son 6 ayda Türkiyənin sözügedən vilayətinə müxtəlif yollarla keçmək istəyən 5 Azərbaycan vətəndaşı həbs olunduqdan sonra, ölkəyə deportasiya olunub. 

Bununla belə sözügedən müddət ərzində 20 Əfqanıstan, 10 Suriyalı, 7 Türkmənistan, 6 İraq, 5 İran, 7 Fələstin, 7 Özbəkistan, 8 Qırğızıstan və ümumilikdə 75 nəfər qeyri-qanuni yollarla Türkiyəyə keçmək istəyərkən yaxalanıb.

Qaçaq immiqrantları daşıyan sürücülərə isə 73 min 375 lirə cəza kəsilib.

Qeyd edək ki, Azərbaycan və digər ölkə vətəndaşları xüsusi dronlar vasitəsilə izlənilib və onların qaçaq olduğu müəyyənləşib.