19 İyul 2019
18 İyul 2019
Hacıqabulda “Aska” ləqəbli kriminal avtoritet SAXLANILDI
Hacıqabulda “Aska” ləqəbli kriminal avtoritetSAXLANILDI KRİMİNAL 14:45 2019-07-05

Hacıqabul rayonunda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb.

Unikal.org Report-a istinadən xəbər verir ki,  Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Koroğlu küçəsi, ev 18 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Asəf Adil oğlu Sevdimaliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,626 qram narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.