Xorvatiyanın Umaq şəhərində Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda yarışa start verilib. 

Unikal.org-un məlumatına görə, turnir Azərbaycan karateçiləri üçün uğurlu başlayıb. 

21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) qızıl, Fidan Teymurova (50 kq) isə bürünc medal qazanıb.

Yuxarı yaş dərəcəsində daha iki idmançımızın nəticəsi bu gün məlum olacaq.

Bu turnirdən əlavə, Umaqda WKF-in Gənclər Liqası yarışı da keçirilir. Turnirdə Azərbaycanın kumite üzrə yeniyetmə və gənclərdən ibarət komandası 14, kataçılar hər bir yaş qrupunda 2 idmançı ilə təmsil olunur. Bu gün start götürən yarış 3 gün davam edəcək. 

Turnirdə 70 ölkədən 2577 idmançı iştirak edir.