Hacıqabul sakini intihara cəhd edib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, Hacıqaul rayonunun Muğan kənd sakini, 1958-ci il təvəllüdlü Eyvazov Cahangir Gəncəli oğlu özünə qəsd etmək istəyib.

Bildirilir ki, onun bu cəhdinin qarşısı qohumları tərəfindən alınıb. C.Eyvazov kritik vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.