Sabirabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a  istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxsalahlı kənd ərazisində baş verib. 

İlkin məlumata görə, “Qaz-31” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan biri, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu ciddi xəsarət aldığından Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.