Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları və əşyaları 70 m² sahədə yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.