Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ilk medalını qazanıb. 

Unikal.org  xəbər verir ki,  millimizin aktivinə ilk mükafatı cüdoçu Hidayət Heydərov yazdırıb. 

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finaladək Səudiyyə Ərəbistanı, Misir, Monteneqro və Monqolustan təmsilçinə qalib gəlsə də, həlledici görüşdə Rusiya cüdoçuya məğlub olaraq, gümüş medalla kifayətlənib. 

Digər cüdoçumuz Murad Fətiyev isə ilk cəhdində hollandiyalı rəqibinə uduzub.