Gəncə şəhərində ev sahibi özünə məxsus yaşayış evinə od vurub.

Unikal.org xəbər verir ki, Gəncə şəhər sakini, Şahin Hüseynov yaşadığı evi yandırıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 3 otaqlı ev içərisindəki əşyalarla birlikdə yanıb.

İlkin məlumata görə, ev sahibi hadisəni törədən zaman sərxoş olub. Faktla bağlı araşdırma aparılır.