Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.

Unikal.org-un Report-a istinadən verdiyi məlumata görə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün dəfn mərasimi sabah olacaq.

"Cənazə hələki yoldadır, gətirirlər bir neçə saata atası evinə çatarlar. Mərhum sabah kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır."

Qeyd edək ki, İkinci Mahmud Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.