Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Hacıhüseyli kəndi ərazisində olub.

Əliməmmədoba kəndi sakini, 18 yaşlı Babayev Murad Azad oğlunu maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.