Rusiyanın Voronej vilayətinin Bobrovsk rayonunda içərisində azərbaycanlıların 12 nəfərlik mikroavtobus qəza törədib. 

Unikal.org "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana  gələn “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun sürücüsü döngədə idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi çevrilib.

Bildirilir ki, qəza nəticəsində avtobus sürücüsü və altı sərnişin ağır yaralanıb. Onlar təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlər xəsarət alanların vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.   

Hadisə yerinə polis əməkdaşları sövq edilib. Faktla bağlı araşdırma aparılır.