Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfquliyev iyun ayının 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, bu cinayət əməlinin 3 nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıblar.