Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Unikal.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezidentlər Türkiyə və Rusiya münasibətləri ilə yanaşı Liviyadakı böhranı da müzakirə ediblər.

Ərdoğan, həmçinin, Barens dənizindəki hadisəyə toxunub. Türkiyə dövlət başçısı Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində dünyasını dəyişən dəniziçilərin ailələrinə, eləcə də bütün rus xalqına başsağlığını çatdırıb.