Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Şadlıq sarayından çıxan 2000-ci il təvəllüdlü Əmiraslanova Mələykə Əhməd qızını maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.  

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma davam etdirilir.