Rusiyanın Sverdlovsk əyalətində yanacaq daşıyan maşın partlayıb.

Unikal.org  xəbər verir ki,  hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Belə ki, sürücü nəqliyyat vasitəsinə 7 turist əyləşdirib. Yanacaq daşıyan maşınının sürücüsü idarə etməni itirməsi nəticəsində avtomaşın dərəyə yuvarlanıb.

Bunun nəticəsində avtomaşın alovlanıb, daha sonra partlayıb.

Qeyd edilir ki, sürücü sərxoş olub.