Türkiyənin Yozqat bölgəsində 2 avtomobil və 1 traktorun iştirakı ilə baş verən qəzadan sonra yardım etmək üçün hadisə yerinə gələn Mustafa Durmuş atası Sadık Durmuşun cansız bədəni ilə qarşılaşıb.

Unikal.org xəbər verir ki, hadisədən şok geçirən Mustafa Durmuş göz yaşlarına boğulub.

Hadisə nəticəsində Sadık Durmuş (55 yaş) dünyasını dəyişib, 5 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.