Neftçala rayonunda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Tatarməhlə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza nəticəsində Salyan şəhər sakini - 1966-cı il təvəllüdlü Hüseynova Əminə Davur qızı hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Salyan rayon sakinləri - 1964-cü il təvəllüdlü Hüseynov Eldəniz Fərman oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Samir Şəmsəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.