Bu gün Şirvan-Sabirabad marşrutu üzrə hərəkət edən mikroavtobus yolu keçən azyaşlını vurub.

Unikal.org  apa-ya istinadən xəbər verir  ki, hadisə Sabirabad Olimpiya kompleksinin qarşısında baş verib.
Azyaşlı hadisə yerində ölüb.
Hazırda azyaşlının kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.