Abşeron rayonunda qardaşının həyat yoldaşını öldürən şəxs intihar edib.

Unikal.org  APA-ya istinadən  xəbər verir ki, 1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu 1979-cu il təvəllüdlü Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.

Qeyd edək ki, dünən 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.