Bakıda məşhur gül salonu yanır.

Unikal.org xəbər verir ki, paytaxtın Nizami rayonunda "Ağçiçəyim" gül salonunda yanğın başlayıb. Əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ətrafı tüstü bürüyüb.

Yanğının söndürülməsi üçün tədbirlər görülür.

07:28 (əvvəl)

****

9:00

Fövqəladə Hallar Nazirliyi (FHN) yanan gül dükanı ilə bağlı açıqlamaya yayıb. Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.