18 Avqust 2019
Küçədə OLAY: İki qardaş hamilə qadının maşınına hücum edib... (VİDEO)
Küçədə OLAY:İki qardaş hamilə qadının maşınına hücum edib... (VİDEO) DÜNYA 11:48 2019-07-08

İstanbulda küçədə yol vermək üstündə dava olub. Belə ki, iki qardaş içərisində hamilə qadının olduğu avtomobilə hücum çəkiblər. Xuliqan qardaşlar maşının qapısını zorla açmaq istəyiblər. Buna nail ola bilmədikdə maşının güzgüsünü sındırıb, kapotun üzərinə çıxıb təpikləyiblər. 

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hücum edən şəxslərdən birinin paxlava ustası Hüseyn Sel olduğu məlum olub.  

O, hadisəylə bağlı açıqlama verib və üzgün olduğunu dilə gətirib: 

"İyulun 6-da İstanbulda Pendik şosse yolunda baş verən bədbəxt hadisə mətbuatda yer alıb. Bu da bizim "Seydioğlu Baklava A.Ş" şirkətimizin sosial şəbəkələrdə tənqid edilməsinə səbəb olub. Baş verən mənfi hadisələrə görə hər kəsdən üzr istəyərik. Çox kədərliyik”.