Neftçalada avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə iyulun 7-də saat 14 radələrində rayonunun Tatarməhlə kəndi ərazisində baş verib.

Salyan şəhər sakini F.Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən biri - sürücünün anası Əminə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.