Türkiyənin tanınmış siyasətçisi, keçmiş iqtisadiyyat naziri Ali Babacan hakim Ədalət və İnkişaf Partiyası (AKP) üzvlüyündən istefa verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 il sonra üzv olduğu AKP-dən istefa verən keçmiş nazir o, bu barədə yazılı açıqlama yayıb. O yeni partiya yaratmasına da toxunaraq "Türkiyənin bu günü və gələcəyi üçün yeni bir işə başlamaq qaçınılmaz hala gəlmişdir" deyə bildirib. 

Qeyd edək ki, Əli Babacanla baş nazirin keçmiş müavini Bülent Arıncın yeni siyasi partiya quracağı bildirilmişdi. 

Xatırladaq ki, Əli Babacan 1967-ci il aprelin 4-də Ankarada anadan olub. O, 2007-2009-cu illərdə Türkiyənin xarici işlər naziri, 2009-2015-ci illərdə Türkiyə baş nazirinin müavini işləyib.