Daşkəsəndə evdə 2 meyit aşkarlanıb.

Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun İsmət Qayıbov küçəsində kirayədə yaşayan, Şəmkir rayon Təzəkənd kənd sakini 1977-ci il təvəllüdlü Ələsgərova Ayşən Nurəddin qızı və Şəmkir rayon Çaparlı kənd sakini, 1987-ci il təvəllüdlü Cəfərov Orxan Nəriman oğlunun meyitləri aşkarlanıb. Məlumata görə, meyitlərdən biri hamam otağında, o biri isə yataq otağında olub.

Ölümün dəqiq səbəbləri məlum olmasa da, onların dəm qazından boğulması ehtimal edilir.

Faktla bağlı hüquq mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.