19 Avqust 2019
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi - VİDEO
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi- VİDEO HADİSƏ 17:10 2019-07-08

Fövqəladə Hallar nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə FHN-dən Unikal.org-a məlumat verilib.

Məlumatda bildirilir ki, yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Odur ki, nəzərdə tutulmamış ərazilərdə çimmək; çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək; küləkli havada dənizə girmək; çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq; suda kobud hərəkətlər etmək; çimərlikdə balıq tutmaq; xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Həmçinin, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir.

Nazirlik hər hansı bir təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edir.