Cəlilabad rayonunda iki yol qəzası olub.

Unikal.org  report-a istinadən xəbər verir ki, hər iki qəza rayon ərazisində qeydə alınıb. 

İlk qəzada rayon sakini, 1961-ci il təvəllüdlü Kərimova Şərqiyyə Muradxan qızı, digər qəzada isə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Kərimova Gülarə Ağayar qızı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır.