Azərbaycan Dövlət Tərcümə Mərkəzinə  əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək hüququ verilib.

Unikal.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə edilən dəyişikliklərdə əksini tapıb.

Tərcümə Mərkəzinin İdarə Heyəti müvafiq olaraq Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirəcək. İdarə Heyətinin sədri Mərkəzin işçilərinə mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edəcək.