Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Koorporasiyasının icraçı direktoru cənab Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

 Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabr ayında keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.