Bakıda intihar hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Nizami rayon Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü  Məmmədova Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qız 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır, onun hansı səbəbdən intihar etməsi məlum deyil.