21 İyul 2019
20 İyul 2019
"Konnekt” cərimələnib
"Konnekt” cərimələnib İQTİSADİYYAT 17:45 2019-07-09

"Konnekt” MMC reklam qanunvericiliyinin pozulmasına görə inzibati qaydada cərimələnib.

Unikal.org report-a istinadən xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin qərarından "Konnekt” MMC”nin verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 2005-ci ildə yaradılan “Konnekt MMC” internert provayderi və efir-kabel televiziyası xidməti göstərir.