Şamaxı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən  xəbər verir  ki, bu gün saat 17:30 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Acıdərə adlanan ərazidə "Ford" markalı sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.