Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə bu gün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisində qeydə alınıb. "BMW" markalı minik avtomobilinin yol kənarındakı betona çırpılaraq aşması nəticəsində Ağdam rayonundan olan və Mingəçevirdə məskunlaşan şəxslər - 1977-ci il təvəllüdlü Mehrəliyev Ramin Yusif oğlu, 1981-ci il təvəllüdlü Əmirov Zaman Rasim oğlu, 1976-cı il təvəllüdlü Quliyev Əmrah Almaz oğlu, 1997-ci il təvəllüdlü Əmrəliyev Seyfəddin Əli oğlu, 1996-cı il təvəllüdlü Əmrəliyev Niyaməddin Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ramin Mehrəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 4 yaralı Ağdaş Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan, adı hələlik məlum olmayan bir nəfər isə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.