Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

Unikal.org  xəbər verir  ki, diplomatik rütbə alanlar arasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu,  Azərbaycan Respublikasının İspaniyadakı səfiri Anar Məhərrəmov da var.
Prezidentin sərəncamıyla  A.Məhərrəmova fövqəladə və səlahiyyətli səfir  diplomatik  rütbəsi verilib.