Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.

Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.

Ə. Babayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.