21 İyul 2019
20 İyul 2019
Bakıda ata mülkünə görə qardaş bacılarını öldürdü - TƏFƏRRÜAT
Bakıda ata mülkünə görə qardaş bacılarını öldürdü- TƏFƏRRÜAT KRİMİNAL 12:55 2019-07-10

Bakıda bacılarını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Muxtar Əlimanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

İş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Əvvəllər məhkum olunan Muxtar Əhlimanov ailə münaqişəsi zəminində bacıları Səadət Əhlimanovaya (1964-cü il təv) və Məlahət Əhlimanovaya (1962-ci il təv.) bıçaqla xəsarətlər yetirib. Nəticədə Səadət hadisə yerində, digər bacısı isə səhərisi gün xəstəxanada vəfat ediblər.

Daxil olan məlumat əsasında hadisə yerinə ekspertin iştirakı ilə baxış keçirilib, həmin tarixdə M.Əhlimanov Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, həbsxanadan qayıdan Muxtar valideynlərindən qalan torpaq sahəsinin bir hissəsini satıb, pulunu ona verməsini tələb edib.

Buna görə bacıları ilə aralaranda ölümlə nəticələnən mübahisə düşüb. M.Əhlimanova Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci (xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham verilib.