Türkiyədəki 15 iyul "Darbe gecəsi"nə aid yeni görüntülər ortaya çıxıb. 

Unikal.org Türkiyə mətbuatın istinədən xəbər verir ki, ilk dəfə ortaya çıxan bu görünütülər Fetullahci Terror Təşkilatının (FETÖ) xəyanət cəhdinə qarşı xalqın şanlı müqavimətini gözlər önünə sərir. 

Həmin görüntülər "AA" Agentliyi tərəfindən əldə edilib. Bu görüntülərdə çevrilişçilərin körpüyə gəldikləri saatdan - 21.52-dən təslim olduqları saata- 06.15-ə qədər keçən müddətdə (8 saat 23 dəqiqəlik) baş verənlər bütün şəffaflığı ilə nümayiş etdirilir.  

Həmin fotolar da da görünür ki, 15 İyul Şəhidlər Körpüsü mübarizəsinin ən rütbəli şübhəlilərindən biri və otuz beş dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına (3 min 323 il) məhkum edilmiş keçmiş Podpolkovnik Turgay Ödəmiş əmrindəki çevrilişçi əsgərlər, 21.52'de körpüyə gəlib. 

Eyni mübarizədə otuz beş dəfə ağırlaşdırılmış ömürlük - 3 min 343 il həbs cəzasına məhkum keçmiş minbaşı Əhməd Taştan da saat 21.56 radələrində tıxac səbəbiylə əmrindəki əsgərlərlə hərbi avtomobilindən enərək piyada yolu bağlayan əsgərlərə qatılıb. 

Həmin gün çevrilişçilər o zamankı adı ilə Boğaziçi Körpüsü  Anadoludan Avropaya keçid istiqamətini tək istiqamətli şəkildə şosse yolunu bağlayır. Bu səbəbdən gəliş-gediş bağlanır. Yüzlərlə insan orada çevrilişçilərlə mübarizə aparır. 

Həmin vaxt 34 nəfər Boğaziçi körpüsündə şəhid olub, 318 nəfər də qazi olub.