Bu ilin 6 ayı ərzində Bakıda qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, hesabat müddətində 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb”.