UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

Unikal.org xəbər verir ki, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki təmsilçisi "Qarabağ" mübarizəyə bu gün start verib. Qurban Qurbanovun komandası Albaniyada "Partizani"nin qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.