Neftçala rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a  istinadən xəbər verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.