Türkiyənin Manisa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  zəncirvari qəza nəticəsində avtobus, yük maşını və minik avtomobili toqquşub.  Ağır qəza nəticəsində  6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri  araşdırılır.