16 Sentyabr 2019
Azərbaycan Kooperasiya Universitetində Elmi şuranın iclası keçirildi
Azərbaycan Kooperasiya Universitetində Elmi şuranın iclası keçirildi CƏMİYYƏT 15:11 2019-07-11

Bu gün Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi şurasının 2018/2019-ci tədris ili üzrə yekun iclası keçirilib. 

Unikal.org xəbər verir ki, şuraya universitetin rektoru, millət vəkili, professor Eldar Quliyev sədrlik edib.

Rektor giriş nitqi ilə çıxış edərək bildirib ki, "Bu gün Azərbaycanda təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib, müvafiq istiqamətin daha da təkmilləşdirilməsi üçün mühüm addımlar atılıb. Təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə rəhbərliyinin yürütdüyü uğurlu təhsil siyasəti bu gün Azərbaycan Kooperasiya Universitetindən də yan keçmir. Biz ali təhsil ocağı olaraq daim maddi-texniki bazanın inkişafı ilə yanaşı universitetin simasının müasirləşdirilməsi, yeni innovativ metodların tətbiqi üçün çalışırıq və bu işləri davamlı şəkildə növbəti tədris ilində də həyata keçirməyi planlaşdırırıq".

Sonra universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev 2018/2019-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və yekun dövlət attestasiyasının nəticələri barədə məruzə ilə çıxış edib. İclasda həmçinin şuranın elmi katibi Elsəvər Kərimov universitetin və Elmi şuranın 2019/2020-ci tədris ili üçün iş planının təsdiqi barəsində məruzə ilə çıxış edib. Qeyd edək ki, iş planı şura üzvlərinin səsverməsindən sonra təsdiqlənib.