Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.

Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.