Göz yaşarması şikayəti ilə xəstəxanaya gedən qız həkimləri dəhşətə salıb.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Tayvanda şiddətli ağrı və göz yaşarması şikayəti ilə xəstəxanaya gedən 20 yaşlı qızın gözündə dörd bal arısı olduğu müəyyən edilib. 

Gənc qızın infenksiyaya yoluxmuş gözündəki bal arıları cərrah tərəfindən çıxarılıb. O qeyd edib ki, bu arılar bir qohumunun qəbrinin ətrafındakı otları təmizləyərkən gözünə girib. Gənc qız gözünə toz qaçdığını düşünüb, gözlərini su ilə təmizləyib.

Lakin ağrıların şiddətlənməsi səbəbi ilə xəstəxanaya getmək məcburiyyətində qalıb. Gənc qızın gözünə cərrahi müdaxilə edən həkim bildirib ki, həmin arılar orada göz yaşı ilə bəslənirmişlər.