20 İyul 2019
19 İyul 2019
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlıtapşırıq verdi SİYASƏT 16:59 2019-07-11

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Bu barədə Unikal.org-a Fonddan məlumat verilib. 

Bildirilib ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb.